Bir qrup jurnalist avqustun 2-də metronun «Nizami» stansiyasının yanından Fəvvarələr Meydanınacan «Xədicəyə dəstək» adlı səssiz yürüş keçirməyə cəhd göstərib.
Onlar əllərində «4-cü hakimiyyət bizik», «Mənim evim, mənim yatağım korrupsiya deyil», «Xədicə, biz səninləyik» şüarları yazılan plakatlar tutublar.
Polis etirazçıları avtobusa mindirərək Yasamal rayon 28-ci polis bölməsinə aparıb.
AzadlıqRadiosunun hadisə yerində olan müxbiri xəbər verir ki, təxminən 30 jurnalist saxlanıb. Onların arasında aksiyanı işıqlandırmaq istəyən jurnalistlər də olub.
Aksiyaçılar AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılоvаya qarşı şantaj videolarına etiraz edirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?