Rusiya Federasiyası istiqamətindən dövlət sərhədini pozan Ramiz Əhmədov Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb
Dövlət Sərhəd Xidməti (DSX) və Rusiya Federasiyası FTX-nin Sərhəd Xidmətilə birgə axtarış tədbirləri keçirib. Bunun nəticəsində Qusar rayon Yuxarı Zeyxuroba kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Rusiya Federasiyası istiqamətindən dövlət sərhədini pozan 1967-ci il təvəllüdlü Əhmədov Ramiz Tahir oğlu Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.
Hazırda fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sorğu
Yeni dizaynımız necədir?