”Azəriqaz" İstehsalat Birliyi mənə saxta borc yazıb. Bu saxta borca görə də qazımı kəsiblər. Bunu Qusar şəhər sakini Salman Səfərov İnteraz-a müsahibəsində bildirib. Onun sözlərinə görə, bir neçə ay öncə Qusar Qaz İstismar sahəsinin işçiləri onun sayğacında müdaxilə olduğunu deyərək sayğacı açıblar. Lakin 3 ay sonra müəyyən olunub ki, sayğaca heç bir müdaxilə olunmayıb. Bu müddət ərzində sayğacdan istifadə etməyən abonentə 400 manat məbləğində borc yazılıb. Salman Səfərov isə bunun qanunsuz olduğunu deyir. Şikayətçi sakinin sözlərinə görə, yazılan borcu ödəməyə imkanı olmadığından qazını da kəsiblər. Aylıq məvacibinin 120 manat olduğunu deyən Salman Səfərov, bu məbləğin də ev ehtiyyaclarına güclə çatdığını bildirir. Məsələ ilə bağlı Azəriqaz İB-nin Qusar Qaz İstismar sahənindən mövqe öyrənmək istəsək də, bu mümkün olmadı. İdarənin özündən razı rəis əvəzi Elşən Nağıyev baş idarənin razılığı olmadan məlumat verə bilməyəcəyini dedi. Gün ərzində dəfələrlə Azəriqaz İB-nin ictimaiyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlasaq da zəngimzə cavab verən tapılmadı. Adətən susmaq razılıq əlaməti sayılır. Görünür Azəriqaz-da bu məsələdə təqsirli olduğunu bilir və qarşı tərəf kimi fikir bildirməyə söz tapmır. Biz isə istənilən vaxt onların mövqeyini öyrənməyə hazırıq. Yetər ki, onlar münasibət bildiməyə istəkli olsunlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?