Xaçmaz rayonunda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərə görə, yanğın rayonun Qobuqqıraq kəndində (rayon mərkəzindən 5 km aralı) ümumi sahəsi 280 kv.m. (hər mərtəbəsi 140 kv.m.) olan ikimərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 140 kv.m. sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Sorğu
Yeni dizaynımız necədir?