Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı, əsasən axşam və gecə sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal, şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo” ya verilən məlumata görə, havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 16-da hava şəraitinin fasilərlərlə yağıntılı, bəzi yerlərdə sulu qar, qar yağacağı, səhər saatlarında duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 1-6 dərəcə şaxta olacağı gözlənilir.
Hava şəraitinin qısa icmalı Dekabrın 18-dək ölkə ərazisində soyuq, şaxtalı hava şəraitinin davam edəcəyi gözlənilir.
Sorğu
Yeni dizaynımız necədir?