Müsavatçı fəal Azər İsmayıl azadlığa buraxılıb. Musavat.com-un xəbərinə görə, bunu Azər İsmayılın özü Facebook-da yazıb. "Millət, salam. Gəlmişəm. Narahatçılığa əsas yoxdur. Söz veriblər yenə tutacaqlar Hamıya dəstəyə görə təşəkkür edirəm. Bir birlikdə güclüyük. Sevirəm hamınızı. Eşq olsun! Mücadilə nə qədər kutsal olarsa, azadlıq o qədər şirindir!", - müsavatçı fəal yazıb.Xatırladaq ki, Müsavat Partiyasının rayon təşkilatının keçmiş sədri, partiya fəalı Azər İsmayıl avqustun 13-ü gecə Sabirabadda saxlanılıb. Onu polis əməkdaşları ilə kobud rəftarda günahlandırıblar. Sabirabad rayon məhkəməsinin qərarı ilə Azər İsmayıl 5 gün müddətinə inzibati həbs cəzası almışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?