Xəbər verildiyi kimi 18 avqust 2013-cü il tarixinde səbail rayonunda 20-ci sahə sürücülük meydanında müxalifətin aksiyası baş tutmuşdur. Aksiyada ve aksiyadanda öncə xüsusi fəaliyyəti ilə seçilən Azərbaycan demokrat partiyasinin Yasamal rayonu üzrə gənclər teşkilatının sədri Orxan Babayev aksiya bitdikdən sora yol ilə gedərken partiya yoldaşlarının gözü qarşısında mülki geyimli şəxslər tərəfindən qara Niva markalı maşına basılaraq qaçırılmışdir. Hadisə şahidləri Mədinə Məmmədova, Arzu Şukorv, Fidan Babayeva, Tural Məmmədov, Hafiz Fərhadov, Rubail Əliyev, Sevda Məmmədovanin Azərbaycan demokrat partiyasının mətbuat xidmətinə verdikləri məlumata görə Orxan Babayev qaçırılarkən onlar Orxan Babayevə kömək etmək istəsələr də onu maşına basan adamlar özlərini hökumət işçisi kimi təqdim etmişlər və Babayev Orxanı zor gücünə qaçırmışlar. Qeyd edəkki ADP-nin yasamal royonu üzrə gənclər teşkilatinin sədri olan Orxan Babayev aksiyadan öncədə aksiyaya çixacagi təqdirdə naməlum şəxslər tərəfindən hədələnmişdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?