Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat tədbirləri keçiriblər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami küçəsindəki 31 nömrəli evin zirzəmisində Qəbələ sakini Ruslan Nəhmətovun qanunsuz onlayn qumar oyunları təşkil etməsi müəyyən edilib. Baxış zamanı 10 kompyuter dəsti, bir modem və 60 manat pul aşkar edilərək götürülüb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, Azərbaycan prospekti 4-cü məhəllə 14 nömrəli binanın 19-cu mənzilində şəhər sakinləri Kamandar Nərimanovun, Aydın Əliyevin, Elman Kərimzadənin, İsmayıl Tağıyevin və Daşqın Hümbətovun “on-line” kazino-qumar oyunları təşkil etmələri müəyyən edilib. Oraya baxış zamanı 11 kompyuter dəsti, bir qeydiyyat dəftəri və 96 manat pul aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, faktlarla bağlı araşdırmalar davam etdirilir.
Sorğu
Yeni dizaynımız necədir?