Naməlum şəxsdən gələn mesaj gənc ailəyə dava saldı, 27 yaşlı bir uşaq anası canına qıydı
Şabranda rayonunda intihar hadisəsi qeydə alınıb. Bir uşaq aması olan gənc qadın özünü Samur-Şabran kanalına atıb.
Qonşuların söylədiklərinə görə, 22.10.88 təvəllüdlü Ramilə Yaqub qızı Eyvazovanın mobil telefonuna tanımadığı şəxdsən mesaj gəlib. Həyat yoldaşı bundan qəzənlənərək dava salıb və mesaj yazanın kimliyini araşdırmaq üçün arvadını da götürüb qayınatasıgilə gəlib. Əri tərəfindən danlanan və təhqir edilən Ramiləni valideynləri də danlayıblar. Təzyiqlərə tab gətirməyən 27 yaşlı qadın çıxış yolunu intiharda görüb və özünü Samir-Şabran su kanalına ataraq həyatına son qoyub.
Hadisə 24 avqustdan 25-ə keçən gecə baş verib. İntihar hadisəsi ilə bağlı xəbər polisə səhər verilib. Gün ərzində Ramilənin meyidinin axtarışı bir nəticə verməyib.
Şarbar Rayon Polis Şöbəsinin rəidi Məmmədmusa Hüseynov axtarışların davam etdiyini və hadisənin araşdırdığını bildirir.
Sorğu
Yeni dizaynımız necədir?