Bərdə rayon sakininin əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib
Bərdə rayon sakininin əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumata görə, Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində əxlaqsızlıq yuvası aşkar edilib.
Polis əməkdaşları tərəfindən Mirzəxan kəndinin ərazisindəki kafedə, orada işləyən rayon sakini Ələkbər Abdullayevin gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. Polis onu saxlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?