Lənkəranda polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə zərərsizləşdirib.
Əməliyyat zamanı 31 yaşlı Yeganə Mirəziz qızı Ələsgərova Roman və İran İslam Respublikasının vətəndaşı Fərhad adlı şəxslərlə qabaqcadan əlbir olaraq 272,833 qram psixotrop maddə olan metilamfetamin, 470,423 qram heroin tapılıb.
Əməliyyat zamanı Yeganə Ələsgərova narkotikanı Elçin Məcidov və Hüsaməddin Ağazadəyə satmaq istəyərkən yaxalanıb. Yeganə Ələsgərovanın çantasına baxış keçirilən zamanı narkotika aşkarlanıb. Həkim nəzarəti zamanı Yeganə Ələsgərovanın anus dəliyindən də narkotika aşkar edilərək götürülüb.
İlkin araşdırma zamanı dəstə üzvlərinin narkotik aludəçisi olduğu da üzə çıxıb. Onların sayının artacağı isə istisna olunmur.
Qeyd edək ki, Yeganə Ələsgərova 1 uşaq anasıdır. Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 206.3.2-ci maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. /anspress/
Sorğu
Yeni dizaynımız necədir?