GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Seçki reklam tarifləri, telekanallar şok yaratdı

Seçki reklam tarifləri, telekanallar şok yaratdı

Tarix: 2-09-2013, 23:38 Bölmə :Ölkə Baxış: 1 073
Seçki reklam tarifləri, telekanallar şok yaratdı

Prezident seçkisində namizədlər yenə də ödənişli təşviqatdan yararlana bilərlər. Artıq bununla bağlı tariflər də açıqlanıb. İctimai TV, «Azərbaycan», «Xalq qəzeti», «Respublika» və «Bakinski raboçi» qəzetləri ödənişsiz efir vaxtı və təşviqat materiallarının dərcinə yer ayıracaq. Həm bu, həm də digər kütləvi informasiya vasitələri namizədləri ödənişli reklam edə bilərlər.
Həftədə 6 dəfə A:2 formatda çıxan rəsmi dövlət qəzeti “Azərbaycan” 1 kvadrat santimetrə 5 manat qiymət qoyub. Eyni dövrilik və formatda işıq üzü görən “Xalq qəzeti” də seçki reklamını həmin qiymətə təklif edir.
“Bizim yol” qəzeti (həftədə 5 dəfə A:3 formatda nəşr olunur) həmin həcm üçün 20-50 qəpik istəyir.
Həftəlik “Reytinq” qəzeti (formatı A:3-dür) 1 kvadrat santimetr reklam üçün maksimum 50 manat, minimum 8 manat ödənməsini istəyir.
Həftədə 4 dəfə A:2 formatda, 1 dəfə isə A:3 formatda çıxan “Novoye vremya” qəzetində 1 səhifənin qiyməti 400-600 manat arasında dəyişir.
Media qurumları ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.
«Azərbaycan» qəzetində reklamın 1 kv.sm-nin qiyməti 5, «İki sahil» qəzetində 10 AZN-dir. Qəzetin internet saytında bir aylıq bannerin qiyməti 12000 manatdan 20000 manatadək dəyişir. Qəzetdən bildirirlər ki, qiymət seçkiyə görə müəyyənləşdirilib.
“Səs” informasiya agentliyində banner 10000, bir dəfəyə məlumat yerləşdirmək 5000 AZN-dir. «Səs» qəzetində birinci və sonuncu səhifələrdə bir kv.sm-in qiyməti 50 AZN, orta səhifələrdə 40 AZN-dir.
MSK-nın sözçüsü Azər Sarıyev Azadlıq Radiosuna deyib ki, avqustun 28-də İTV və Lider TV ödənişli təşviqat üçün müraciət edib. ANS televiziyasından avqustun 27-də Mediaforum saytına bildirilib ki, bu barədə qərar verilməyib. «Space» televiziyası isə prezident seçkisinin ödənişli təşviqat kampaniyasında iştirak etməyəcəyini vurğulayıb.
«VisionTV» internet televiziyasında 30 dəqiqəlik veriliş 100 manat, 1 dəqiqəlik tanıtım rolikinin qiyməti 30 manat, 15 dəqiqəlik tanıtım isə 50 manatdır.
Ən ilginc tariflər isə İTV-yə məxsusdur. Belə ki, bu telekanalda 1-6 günlər saat 11.50-də 3 dəqiqəlik çıxışın hər saniyəsi 20 AZN-dir ki, bu da ən aşağı tarif sayılır. Həftənin bəzi günləri və bəlli saatlarında bu qiymətlər artan xətt üzrə inkişaf edir. Ən yüksək göstərici həftənin 1-7 günlər saat 19.50 və 20.15 radələrinə təsadüf edir. Həmin saatlarda müvafiq olaraq 4 və 5 dəqiqəlik çıxışların hər saniyəsi üçün 50 manat ödənilməlidi. 1-5 günlər isə saat 23.48-də 4 dəqiqəlik çıxışın hər saniyəsi üçün 40 manat nəzərdə tutulur.
APA informasiya agentliyində bannerin qiyməti 2000 manatdan 5000 manatadək dəyişir. Bir press-relizin qiyməti 400, bir müsahibənin qiyməti 600 manatdır.
“Bizim yol” qəzetinin 1-ci səhifəsində 1 kv.sm-in qiyməti 50 qəpik, 16-cı səhifədə 40, iç səhifələrdə 20-30 qəpikdir.
“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov isə bildirdi ki, qəzet artıq reklam tariflərini müəyyənləşdirib. Belə ki, qəzetin çap variantında 1 kv.sm-in qiyməti 1 manatdır ki, bu da bir səhifəlik reklamın 1000 manat olması anlamına gəlir.
Müsahibimiz hamıya eyni şəraiti yaratmağa hazır olduqlarını dedi. Onun sözlərinə görə, bu ilki tariflərdə xüsusi bir artım olmayıb. Ə.Süleymanov media üçün bu dönəmin nisbətən gəlirli olmasına ümid edir: “Əsasən media bu dönəmdə reklam qazanmaqla ağır maddi durumunu bir qədər düzəldir. Reklam isə seçki kampaniyasının gedişindən asılı olur. Kampaniya dinamik və maraqlı keçəndə qəzetlərə də reklam üçün müraciət edənlər çox olur”.
“Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyev isə dedi ki, onlar reklam işində iştirak etməyəcəklər. Müsahibimiz bunu şərtlərin sərt olması ilə izah etdi. Onun sözlərinə görə, hakimiyyət açıq-aşkar qanunazidd kampaniya keçirir: “Təəssüflər olsun ki, bu şəraitdə biz qanunla, əxlaqla hesablaşmayan şəxslərin fikirlərini yayımlamağa şərait yaratmalıyıq. Qəzetimizin maddi vəziyyəti nə qədər pis olsa da, əsas mənəvi itkinin olmamasıdır”.
Seçki dönəmində kimə dəstək verəcəklərinə gəlincə, R.Hacıyev dedi ki, kampaniyanın gedişində kimə dəstək vermişdilərsə, bundan sonra da ona dəstək verəcəklər.
Prezidentliyə namizədlər isə konkret bu qiymətlərdən və bu situasiyadan narazıdılar. Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli bizə açıqlamasında bildirdi ki, telekanalların elan etdiyi şərtlər Azərbaycan reallıqlarına uyğun deyil. Onun sözlərinə görə, siyasi partiyaların, eləcə də bir namizəddən başqa seçkidə iştirak edən digər namizədlərin maliyyə imkanları ilə o şərtlər arasında çox böyük məsafə var: “Ona görə də güman edirəm ki, bu, birinci elandır. Televiziyalar o şərtləri reallığa uyğunlaşdırmalıdır”.
Ümid Partiyasının sədri İqbal Ağazadə də İTV tərəfindən açıqlanan reklam qiymətlərinin absurd olduğunu dedi. Onun sözlərinə görə, 10 dəqiqəlik çıxış üçün 30 min manat istənilməsi heç bir məntiqə sığmır: “Bu, o deməkdir ki, namizədlər çıxış etməsinlər. Hər kəs bilir ki, namizədlərin heç birində belə reklamlardan istifadə etmək üçün şərait yoxdur. İTV adi reklam şərtlərində müəyyən etsin ki, bu qiymət nəyə söykənir. İTV əslində dövlət tərəfindən maliyyələşən kanal olduğu üçün seçki məsələlərində güzəştli siyasət etməlidir. Pulsuz efir vaxtı verilməsi bəs etmir. Ödənişli reklamlar da reallığa söykənməlidir. Bunu MSK və Seçki Məcəlləsi müəyyən edir”.
İ.Ağazadənin sözlərinə görə, hakimiyyət namizədlərin efir vaxtı almasına maneçilik törədir. Özəl kanallara münasibət bildirmək istəmədiyini deyən müsahibimiz onların qiymət məsələsində sərbəst olduqlarını söylədi: “Qismən ANS istisna olmaqla, heç biri müstəqil siyasət göstərmir. Amma İTV-nin bu şəkildə yanaşmağa haqqı yox idi. Biz qərarımızı vermişik: bu qiymətlər fonunda bir pullu efir ala bilməyəcəyik”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtları harada olacaq? - Siyahı

    Prezidentliyə namizədlərin ödənişsiz efir ...

    9-08-2013, 12:45

  • 
  • "Gündəm xəbər" qəzeti həftədə bir dəfə 5 ci günləri satışda olacaq

    "Gündəm xəbər" qəzeti həftədə bir dəfə ...

    13-04-2015, 21:23

  • 
  • Bu qəzetlərə pul ayrıldı - SİYAHI

    Bu qəzetlərə pul ayrıldı - SİYAHI ...

    30-12-2015, 17:11

  • 
  • İTV Cəmil Həsənliyə ödənişli efir vaxtı vermir

    İTV Cəmil Həsənliyə ödənişli efir vaxtı vermir ...

    24-09-2013, 14:42

  • 
  • Namizədlər saniyəsi 50 manata danışacaqlar

    Namizədlər saniyəsi 50 manata danışacaqlar ...

    7-10-2015, 21:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu