Kəsəməndə elektrik naqilləri yararsız haldadir Ağstafanın Qıraq Kəsəmən kəndində elektrik enerjisi ilə bağlı yaranan problemlər sakinləri çətin vəziyyətə salıb. Belə ki, elektrik naqillərində baş verən qısaqapanmalar əhalinin elektrik cihazlarının sıradan çıxmasına və ya yararsız vəziyyətə düşməsinə səbəb olur.Bu qısaqapanmalar isə qustar üsulla basdırılmış dirəklərin və naqillərin köhnə olması səbəbindən baş verir. Kənd sakinlərinin bildirdiyinə görə, kəndin 80-ci illərin sonlarında salınmış küçələrində quraşdırılan işıq dirəkləri 1991-ci ildən bu günə kimi istifadədir. Bu müddət ərzində isə təbii olaraq dirəklərin əksəriyyəti çürüyüb və sıradan çıxıb. Yararsız dirəklərin isə hər an təhlükəli vəziyyət yaratdığını düşünmək o qədər də çətin deyil.Çünki dirəklər qustar üsullarla basdırılıb. Ağstafa Regional elektirik şəbəkəsindən kəndlərdə köhnə dirəklərlə bağlı problemlərin həlli istiqamətində addımların atıldığı bildirildi. Dirəklərdən başqa kənddə quraşdırılmış bir neçə transformator da istifadə üçün yararsız vəziyyətdədir. Sakinlər bununla bağlı bir neçə dəfə müəyyən qurumlara müraciət etdiklərini deyirlər. Ümumiyyətlə Ağstafa rayonunun Qıraq Kəsəmən, Zəlimxan, Aşağı Kəsəmən və başqa kəndlərində də tez-tez işıqların sönməsi halları baş verir. Ağstafa Regional elektirik şəbəkəsinin direktoru Saqif müəllimin sözlərinə görə, bu problem 2013-cü ilin tədbir planına daxil edilib. Bir sözlə, bu il kəndlərimizin elektrik enerjisi ilə normal təminatı istiqamətində müvafiq işlərin görüləcəyi bildirilir. O ki, qaldı elektrik xətlərindəki problemlərin aradan qalxmasına qədərki dövrə, əhali hər ehtimala qarşı həm gecələr işıqsız qalmamaq üçün əvvəlcədən tədbirli olmalı, həm də məişət əşyalarından daha ehtiyatlı istifadə etməlidir. Dəyən zərərə gəldikdə isə əhalinin hər zaman məhkəməyə müraciət etmək hüququ var.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?