GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mirsir Mərdanovun hicab biznesi

Mirsir Mərdanovun hicab biznesi

Tarix: 17-12-2012, 12:23 Bölmə :Ölkə Baxış: 760
Mirsir Mərdanovun hicab biznesi

Nazir məktəb direktorlarına parolla rüşvət göstərişi verirmiş

gundemxeber.az Bir neçə gün öncə orta məktəblərdə şagirdlərin məktəbli formasına keçidi haqda danışan təhsil naziri Misir Mərdanovun açıqlamasını yaydılar. Həmin açıqlamaya görə, təhsil naziri jurnalistlərə deyib ki, heç bir məktəbdə, heç bir təhsil müəssisəsində nə şagirdlər, nə də müəllimlər hicabla dərslərdə iştirak edə bilməzlər. Gözlənilməzliyi ilə fərqlənən bu açıqlamanın mətbuatda yayımlanan variantını olduğu kimi təqdim edirik: «Lazım gələrsə, biz məktəbə məktəbli formasında gəlməyən şagirdləri dərsə buraxmayacağıq». Jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov şagirdlərin dərsə hicabda gəlməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib ki, artıq Azərbaycanda məktəbli formasına keçilib: «Ona görə də kimliyindən asılı olmayaraq, bütün məktəblilər dərsə məktəbli formasında gəlməlidir».
Nazirin bu açıqlamasını bir çoxları hicaba rəsmən qadağa qoyulması, inanclı şagird və müəllimlərin geyiminə qarşı müdaxilənin başlanması kimi qiymətləndiriblər.
Aparılan müşahidələr də onu göstərir ki, məhz Misir müəllimin bəyanatından sonra həmin vaxta qədər maneəsiz şəkildə dərsə hicabla gəlib gedən şagirdlərə əngəllər yaradılır. Belə ki, bir çox məktəblərdə vahid məktəbli uniforması ilə yanaşı hicab geyinən şagirdlər heç bir problemlə qarşılaşmayıblar. Lakin bu açıqlamadan sonra paytaxtda, Sumqayıt və Gəncə şəhərlərinin orta məktəblərində hicablı şagirdlər dərslərə buraxılmayaraq, direktorlar tərəfindən məktəblərdən uzaqlaşdırılıb.
Əslində diqqət yetirsək görərik ki, təhsil naziri həmin açıqlamasında konkret olaraq məktəbli formalarını nəzərdə tutub. Misir Mərdanov hicabla orta məktəblərə gəlməyə qadağa qoyan hər hansı bir bəyanat verməyib. O deyib ki, orta məktəblərdə məktəbli formasına keçilməlidir. Nazir hicabla bağlı suala yenidən qayıdanda aydın olur ki, bununla bağlı hər hansı bir qərar qərar yoxdur.
Misir müəllim doğurdanmı hicabla bağlı konkret qadağa irəli sürüb? Onu da diqqətə çatdıraq ki, cənab nazirin buna qədər öz dilindən hicabın məktəblərdə tam sərbəst olması barədə açıqlamalar səslənmişdir. Bundan əlavə, insan haqları formatında keçirilən görüşlərdə də cənab Mərdanov məktəblərdə hicabın tam dəstəkləndiyini şəxsən bəyan etmişdi. Cənab Mərdanov bunun heç bir məktəb direktoru tərəfindən edilə bilinməyəcəyini də vurğulamışdı. Bütün bunlardan sonra son bir neçə gündə baş verənlər təəccüb və təəssüf doğurur.
Orta məktəblərdə hicaba qoyulan qadağanın yaratdığı gərginliklə bağlı dünən aldığımız xəbər isə daha dəhşətlidir. Belə ki, redaksiyamıza müraciət edən bir neçə valideyin övladlarının məktəbə hicabla buraxılması müqabilində məktəb direktorlarının onlardan rüşvət istəməsini bildiriblər. Sumqayıt və bakı şəhərindən olan bu valideynlər direktorların tələb olunan rüşvətə bəhanə kimi məhz nazirin açıqlamasını göstərdiklərini deyirlər: «Direktorlar bizə bildirirlər ki, şagirdləri hicabla məktəbə buraxa bilmərik. Nazir bununla bağlı göstəriş verib və göstərişin necə icra olunduğuna nəzarət etmək üçün nazirlikdən yoxlama gələcək.» Valideynlərin sözlərinə görə direktorlar rüşvəti həmin yoxlamaları yola salmaq üçün istədiklərini bildirirlər. Onu da qeyd edək ki, Sumqayıtda hər şagird üçün bir aya 10, Bakı məktəbləri ndə isə 20 manat pul tələb olunur.
Valideynlərin bu müraciəti bizə günün sonunda daxil olduğundan Təhsil Nazirliyindən məsələyə münasibət öyrənə bilmədik. Amma əlimizdə valideynlərin şikayəti üzrə konkret məktəblərin ünvanı göstərildiyindən növbəti sayımızda mövzuya bir daha qayıdacağıq.
Hələli ksə onu bildirək ki, 2009-cu ildə qəbul olunmuş «Təhsil haqqında» Qanuna da hicabın qadağası ilə bağlı müddəa daxil etmək təşəbbüsü olmuşdursa da, sonradan ölkə rəhbərliyinin iradə ifadəsi ilə bu müddəa tamamilə götürüldü və heç bir qadağa tətbiq edilmədi. İndi yenidən nazir səviyyəsində bu məsələnin gündəmə gətirilməsi və guya nazirin göstərişinə ciddi yanaşırmışlar kimi orta məktəblərdə bununla bağlı yeni korrupsiya mənbəyinin yaradılması hər şeyin əvvəlcədən düşünülmüş ssenari əsasında baş verdiyini göstərir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil Nazirliyindən hicab - Açıqlaması

    Təhsil Nazirliyindən hicab - Açıqlaması ...

    22-08-2013, 12:32

  • 
  • Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar aparacaq

    Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar ...

    18-11-2013, 16:03

  • 
  • Misir Mərdanovun təhsil üzərində hicab kabusu

    Misir Mərdanovun təhsil üzərində hicab kabusu ...

    9-01-2013, 10:34

  • 
  • Misir Mərdanovun böyük qüsuru

    Misir Mərdanovun böyük qüsuru ...

    21-12-2012, 12:23

  • 
  • İcra başçısı şagirdlərə köhnə paltar satdırır – Şikayət

    İcra başçısı şagirdlərə köhnə paltar satdırır – ...

    25-12-2013, 14:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu