ABŞ-ın Konnektikut ştatında ibtidai tədris məktəbinə silahlı hücum zamanı ölən azyaşlılar üçün keçirilən dua mərasimində prezident Barak Obama da iştirak edib.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Obama hadisədən iki gün sonra yaxınlarını və uşaqlarını itirən ailələrə başsağlığı vermək üçün Nyutauna gedib. Əksəriyyəti uşaqlar olan qətliam qurbanları ilə bağlı dövlət başçısı “uşaqlarımızı qorumaq üçün ölkə olaraq üzərimizə düşəni yetərincə yerinə yetirə bilmirik” etirafını edib.
Qətliamda dünyasını dəyişənlər üçün təşkil edilən dua mərasimində üç səmavi dinin təmsilçiləri də iştirak edib. Obamanın çıxışında əvvəl Əl Hedaya İslam Mərkəzinin təmsilçisi olan azyaşlı uşaq Quran oxuyub.
Qeyd edək ki, 20 yaşlı Adam Lanza ABŞ-ın Konnektikut ştatının Nyutaun şəhərində ibtidai məktəbə silahlı hücum edib. O, 28 nəfərə atəş açıb, onlardan 20-si 5-10 yaşlı uşaq olub. Atışma nəticəsində cinayətkar özü də ölüb. Hadisə ilə əlaqədar ABŞ-da dörd günlük matəm elan olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?