“Bütün mərc oyunları ilə bağlı yaş həddi 18 yaş müəyyən edilməlidir. 18 yaşa qədər uşaqların bu prosesə qoşulması sonda faciə ilə nəticələnə bilir”. Modern.az bildirir ki, bu sözləri Milli Məclisdə müzakirə edilən “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklərlə bağlı çıxış edən deputat Fazil Mustafa bildirib.
Deputat deyib ki, bədən tərbiyəsi sahəsində ciddi islahatlara ehtiyac var. “Rusiyada və Türkiyədə təcrübə var ki, şagirdləri idmana cəlb etmək üçün bütün metodlardan istifadə edilir. Türkiyədə idman kompleksləri pulsuz olaraq insanların ixtiyarına verilir. Bizdə bəzi futbol meydançılar, üzgüçülük hovuzları var. Bunu kütləvi etmək lazımdır ki, kasıb ailələrin də uşaqları cəlb olunsun. Bəlkə bununla sabahın idmançıları yetişəcək?”-deyə F. Mustafa bildirib.
Deputat həmçinin deyib ki, bir çox fiziki imkanı yaxşı olan uşaqlar yoxsulluqdan bu idman komplekslərinə gedə bilmir. “Bu məsələlər qanunda nəzərə alınmalıdır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?