Azərbaycan Təhsil Nazirliyinin 28.06.2013-cü il tarixli 712 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu Qaydaları"na dəyişiklik edilib.
AzNews.az xəbər verir ki, Təhsil Nazirliyinin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar (son ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi; elmi dərəcə və ya elmi adının olması; dövlət təltifi ilə təltif edilməsi; attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi; "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması; müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda; səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda; işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) gözlənilməklə ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində 65 yaş həddinə çatmış müəllimlərin çalışmasının yaş həddi müəssisə rəhbərləri tərəfindən hər dəfə 1 il olmaqla 5 ildən çox olmayaraq uzadıla bilər.
70 yaşdan sonra çalışma müddətinin uzadılması Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli 180 nömrəli qərarı ilə müəyyənləşdirilmiş meyarlar gözlənilməklə tabeçilik üzrə idarəetmə orqanı rəhbərinin razılığı əsasında həyata keçirilir.
Bununla yanaşı, ibtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai sinif müəllimlərinin razılıq ərizəsi əsasında fiziki tərbiyə, texnologiya, musiqi və təsviri incəsənət dərsləri ixtisas müəllimləri tərəfindən tədris edilə bilər.İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda informatika fənnini ibtidai sinif müəllimi apara bilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?