Goranboy rayonunda kafelərdən birində əxlaqsızlıq yuvası aşkar edilib. Bu barədə Demokratiya.info-ya Goranboy rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonda fəaliyyət göstərən “Söyüdlük” kafesində əxlaqsızlıq yuvası olması müəyyən edilib.
Kafeyə keçirilən baxış zaman məlum olub ki, Goranboy rayonu Nərimanlı kənd sakini, 60 yaşlı Nərgiz Namazova kafedə şərait yaradaraq 15 manat pul müqabilində qadınları fahişəliyə cəlb edib.
Müəyyən edilib ki, 60 yaşlı qadın Kamalə Abbasova, Fərqanə Vəliyeva, Nazakət Vəliyeva və Ruhiyyə Mirzəyevanı fahişəliyə cəlb edib. Polisin keçirdiyi əməliyyat zamanı Nərgiz Namazova qaçmaq istəyərkən həbs edilib.
Saxlanılan 60 yaşlı qadın əvvəllər də bu cür işlə məşqul olması bildirilir. İlkin istintaqa ifadə verən Nərgiz Namazova bildirib ki, kafedə çalışan qadınlarla “əmək müqəviləsi” bağlayıb. Həbs olunan 60 yaşlı qadın əmək müqəvilələrinin nə dərəcədə qanuna uyğun olduğunu məhkəmədə sübüt etməli olacaq.
Sorğu
Yeni dizaynımız necədir?