GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Afət Telmanqızı prezidentə müraciətindən danışdı

Afət Telmanqızı prezidentə müraciətindən danışdı

Tarix: 31-10-2013, 10:39 Bölmə :Ölkə Baxış: 936
 Afət Telmanqızı prezidentə müraciətindən danışdı
ANS-in Xəbərlər Departamentinin məsul redaktoru Afət Telmanqızının ailəsində baş vermiş faciə bir çoxlarının diqqət mərkəzindədir. İlkin versiyalara görə, həkim savadsızlığından A.Telmanqızının qardaşı yoldaşı 26 yaşlı Pərvinə Hüseynova dünyasını dəyişib. Bu durumdan mütəəssir olan jurnalist xanım məsul həkimlərin cəzalandırılması ilə bağlı ölkə prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, baş prokuror Zakir Qaralova və millət vəkili Çingiz Qənizadəyə müraciət edib.
Müraciətlərdən sonra bir yeniliyin olub-olmamasını müəyyən etmək üçün özü ilə əlaqə saxladıq. Son durumu şərh edən A.Telmanqızı bunları dedi: “Müraciətlərim oktyabrın 29-da olub. Yazılı şəkildə ünvanladığım müraciətlərin ümid edirəm ki, nəticəsi olacaqdır. Dünən bu məsələyə Milli Məclisdə də toxunulub. Millət vəkili İqbal Ağazadə öz münasibətini bildirərək, spikeri də bu məsələdə maraqlı olmağa dəvət edib. Noyabr ayının 1-i Mehriban xanımın qəbuluna yazılacam. Bu durumla bağlı onunla görüşəcəm. Son xəbərlərdən biri də odur ki, vəziyyətlə bağlı Səhiyyə Nazirliyi də jurnalistlərə açıqlama yayıb. Amma həmin açıqlamada tutarlı əsaslara söykənən bir informasiya yox idi. Bu ölüm hadisəsi mütləq formada araşdırılmalı, təqsirli kəslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu kimi hadisələr tək bizim başımıza gəlməyib. Belə hadisələr çoxdur. Sadəcə, mən özüm mətbuatda olduğum üçün səsimizi yuxarı inistansiyalara çatdırma imkanım var. Bir insan digərinin ölümünə səbəb olub, sonra da rahat şəkildə ortalıqda gəzə bilməz. Bunu edənlər mütləq cəzalandırılmalıdır. Bəlkə ondan sonra mənə bir təsəlli olar. Bu arada həmkarımız Sülhiyyə Şirinovanın da ailəsində baş vermiş faciəni duydum. Burdan ona da başsağlığı verirəm. Bu hal sözün bitdiyi andır. Heç nə deyə bilmirəm, körpəsi qucağındaca dünyasını dəyişib. Dəhşətdir! Bu dəqiqə həkimlərin çoxu qəssab rolunu oynayır. İnsanların taleyi ilə bu cür davranmaq olmaz. Mən də hazırda müraciətlərimi etmişəm və işlə bağlı düzgün istiqamətdə araşdırma aparılacağını gözləyirəm”.

Qeyd edək ki, “Space” televiziyasının keçmiş müxbiri, hazırda “Unibank”ın PR işləri ilə məşğul olan Sulhiyyə Şirinovanın ailəsində baş verib. S. Şirinovanın 28 yaşlı bibisi qızı Təranə Namazova dünyasını dəyişib.

Jurnalistin facebook profilində yazdığı statusdan məlum olub ki, 7 aylıq hamilə olmuş bibisi qızı xəstəxanada beyin ölümü keçirib. Onun həm də yaş yarımlıq körpəsi var imiş: “Belə ölməzlər e, ölməzlər... Bir üzü qız, bir üzü gəlin ölməzlər... Toy lentin hələ qapınızdan açılmayıb... Cehizinin yarısı hələ ata evindən ər evinə gəlməyib... Yaş yarımlıq körpəni bu dünyada anasız qoyub, 7 aylıq körpəni bətnində aparmaz adam. Hər iki dünyada yetim qoymaz adam. Deyirlər nəfəsin çıxmazdan öncə ölmüş körpəni bətnindən ayırıblar... O dünyaya qucağında apardın balaca balanı, elə məzara da eləcə qoyublar sizi- körpə mələyinlə birgə...”

S.Şirinova bizimlə söhbətində bu faciənin baş verməsində həkimləri günahlandırmadığını bildirdi: “Düzü, həkimlərdən narazı deyilik. Çünki özü elə halda idi ki, onu qorumaq qeyri-mümkün idi. Başında meningit vardı. Bu günədək biz bilmirdik. Ümumən heç kəs bilmirdi. Bircə o məlumdur ki, uşaqlıq vaxtı yıxılaraq başından travma almışdı. Hamı kimi arada başı ağrısa da, kəskin olmurdu, keçib gedirdi. Lakin hamiləlik dönəmində ağırlaşıb. Onu xəstəxanaya ağır vəziyyətdə çatdırdıq. Başını aparata salanda gördülər ki, bütün beyni iltihab içərisindədir. Başqa xəstəxanalardan da həkimlər cəlb olundu, əllərindən gələni etdilər, lakin yaşatmaq mümkün olmadı. 10 gün süni tənəffüs aparatına qoşulu qaldı, sonra dünyasını dəyişdi. Sadəcə, adamı ən çox o incidirdi ki, körpəsini yanında dəfn etdik”.

Allah hər iki mərhuma rəhmət eləsin!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ANS “Alın yazısı”ndakı kadrları niyə kəsdi? – Video

    ANS “Alın yazısı”ndakı kadrları niyə kəsdi? – ...

    12-12-2013, 14:08

  • 
  • Mehriban Əliyeva Xanım Qafarovanı İsrailə göndərir

    Mehriban Əliyeva Xanım Qafarovanı İsrailə göndərir ...

    10-07-2014, 02:06

  • 
  • 25 yaşlı birinci qrup əlil Mehriban Əliyevaya müraciət etdi

    25 yaşlı birinci qrup əlil Mehriban Əliyevaya ...

    21-08-2014, 13:07

  • 
  • "O, ev üzü görməyəcək" - İlhamədən Çingiz Qənizadəyə cavab

    "O, ev üzü görməyəcək" - İlhamədən ...

    4-02-2016, 16:32

  • 
  • Mehriban Əliyeva şəhid anaları ilə görüşəcək...

    Mehriban Əliyeva şəhid anaları ilə görüşəcək... ...

    7-04-2016, 14:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu