Sumqayıtda müəllimlərlə təhsil şöbəsi işçiləri arasında saçyoldusu Hadisə yerinə polis və təcili yardım maşınları çağırılıb
Sumqayıtda yerləşən 24 saylı məktəbdə qarşıdurma yaranıb.
Virtualaz.org bildirir ki, bu barədə musavat.com-a daimi oxuculardan biri məlumat verib.
Onun sözlərinə görə, məktəbdə yaranan qarşıdurmaya səbəb 24 saylı məktəbin direktoru Mehriban Nəcəfovanın gözlənilmədən işdən çıxarılmasıdır. Bunu edən isə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdrinin səlahiyyətlərini icra edən Vaqif Ələkbərovdur. Özü 1 ildən bəridir icra etdiyi vəzifəyə təsdiq oluna bilməyən Ələkbərovun 24 saylı məktəbdə dəyişiklik edərək, bu yolla məqsədinə yaxınlaşmaq istədiyi bildirilir.
Mənbənin verdiyi məlumata görə, Mehriban Nəcəfova təhsli şöbəsi müdirinin qərarını qanunsuz sayıb və ona müqavimət göstərib. Bu işdə məktəbin müəllimləri, habelə yüzlərlə valideyn ona tərəfdar çıxıblar. Nəticədə bu gün təhsil şöbəsinin içşiləri ilə məktəbin kollektivi arasında saçyoldusu və cırmaqlaşma ilə müşayiət olunan qovğa baş verib. Məktəbə polis və təcili yardım maşınları çağırılıb. Təhsil işçiləri qaçıblar.
Valideynlər hədələyiblər ki, əgər Mehriban müəllimə öz vəzifəsinə qaytarılmasa, övladlarını kütləvi şəkildə məktəbdən çıxarıb başqa məktəblərə aparacaqlar.
Digər məlumata görə, məktəbin kollektivi və valideynlər əslində iki tirəyə bölünüblər. M.Nəcəfovanın direktorluqdan getməməsini istəyənlərlə yanaşı, getməsini istəyənlər də çoxdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?