“Parabank” ASC-də yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanmışdır. Bu barədə DİA.AZ-a baş prokurorluqdan məlumat verilib.
“Parabank” ASC-nin Nizami filialında yol verilmiş qanun pozuntuları barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.
Araşdırmalar zamanı filialda kredit mütəxəssisi vəzifəsində işləmiş Orxan Uğurluzadənin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq saxta sənədlər əsasında ayrı-ayrı şəxslərin adına ümumilikdə 225.0 min manat məbləğində kreditin ayrılması nəticəsində cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında əsaslı şübhələr olduğundan Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
O.Uğurluzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?