Daha sonra isə onu soyunduraraq qeyri-təbii yolla cinsi əlaqədə olub
Hadisə 3 uşağı olan 40 yaşlı Faiq Ağayevin iki qızı başqa kənddə olan ana babalarının evində yaşayıb. Faiq isə oğlu və həyat yoldaşı ilə dağ kəndində yaşayıblar. Qış vaxtı dağ kənddən qayınatasının evinə gələn Faiq ailəsi ilə orada bir ay yaşayıb.
Bir gün Faiq 14 yaşına çatmayan qızı ilə evdə tək qalır. 40 yaşlı ata balaca qızına tamah salıb. Qızının azyaşlı olmasından istifadə edən ata onunla oynamağa başlayıb. Daha sonra isə onu soyunduraraq qeyri-təbii yolla cinsi əlaqədə olub. Ata oynadıqları oyun barədə qızına heç kimə deməməyi tapşırıb.
Qızının sakit qaldığını görən Faiq hər dəfə onunla evdə tək qalanda onunla cinsi əlaqədə olub.
Bir gün artıq ağlı kəsməyə başlayan qız atasından onunla niyə belə etdiyini soruşub. Faiq qızına bildirib ki, hər bir qız ərə getməzdən əvvəl öz atası ilə cinsi əlaqədə olmalıdır və bu olanlar ikisinin arasında qalır.
Bundan sonra Faiq qızını babasının evindən öz evinə gətirib. Ata hər fürsətdən istifadə edərək öz çirkin əməlini həyata keçirib.
Bir müddət sonra Faiq həyat yoldaşı ilə Bakıya işləməyə gəlib. Bu arada Faiqin bibisi ona zəng edərək qızını oğluna istədiyini bildirib. Buna görə də Faiq arvadını Bakıda qoyaraq rayona qayıdıb.
Bibisinin elçilərini qəbul edən Faiq qızını bibisi oğlu Sevman ilə nişanlayıb.
Bacısı ilə quda olan Faiq nişan mərasimindən sonra Bakıya qayıdıb. Faiq Bakıya qayıtmazdan əvvəl artıq nişanlı qızını yenə zorlayıb.
Bir müddət sonra nişanlı qızın qarnı şişməyə başlayıb. Ağrıları olan qızın anası Bakıda olduğundan o, gələcək qayınanası ilə rayon xəstəxanasına gedir. Qızı müayinə edən həkim onun hamilə olduğunu bildirir.
Nişanlı qızın hamilə olması qayınananı təəccübləndirir. O, gəlininin oğlundan hamilə olmasında şübhələnir.
Təzə bəylə söhbətdən bəlli olur ki, o nişanlısına əl də vurmayıb. Qız isə Sevmana qarnında daşıdığı uşağın atasından olduğunu bildirir.
Bu xəbəri eşidən Faiq də Bakıdan yaşadıqları kəndə gəlir. Qızının ondan hamilə olduğunu bilən ata vəziyyətdən çıxmaq üçün gələcək kürəkənini və bibisi oğlunu şantaj etməyə başlayır.
Belə ki, Faiq kürəkəninin 3 il əvvəl böyük bacısını Bakıda öldürüb yandırmasını bilib. Buna görə də Faiq Sevmandan qızının ondan hamilə qalmasını boynuna almasını tələb edir. Faiq əks halda polisə onun bacısını öldürməsini xəbər verəcəyi ilə şantaj edir. Sevman qıza əl vurmadığını bildirərək Faiqə əlindən nə gəlir get elə cavabını verir.
Kürəkəni ilə söhbətin alınmadığını görən ata rayon polis şöbəsinə gələrək qızının nişanlısı tərəfindən zorlanması barədə şikayət edir. Şikayət əsasında saxlanılaraq polisə gətirilən Sevman Ramazanov nişanlısını zorlamadığını, lakin 3 il əvvəl bacısını öldürərək yandırmasını etiraf edir.
Sevman Ramazanlı qayınatası və dayısı oğlu olan Faiq Ağayevin təklifini də polisə bildirir.
Aparılan araşdırmalar nəticəsində hər iki fakt təsdiqini tapır. Ekspertizaların nəticəsi ilə Sevmanın ifadəsi üst-üstə düşür.
İstintaqa ifadə verən qız da atası tərəfindən mütəmadi olaraq zorlandığını bildirir.
Zorlama faktına görə, Faiq Ağayevə qarşı qızını zorladığı üçün Cinayət Məcəlləsini 149-cu (zorlama) maddəsi ilə ittiham elan olunur.
Bu arada qızın anası onu Bakıya apararaq ərindən hamilə qalan qızının hamiləliyini pozdurur.
Azyaşlı qızını zorlamaqda təqsirli bilinən Faiq Ağayev məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Özünü günahkar bilməyən ata hökmdən apelyasiya şikayəti verir.
Lakin Apelyasiya Məhkəməsi F.Ağayevin barəsində birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?