İmişli rayonunun Otuzikilər kəndində övladları əlindən alınan gənc ana atası tərəfindən tövlədə saxlanılır. milli.az-a istinadən məlumata görə, iki ildir tövləyə salınan 30 yaşlı Gülnar Əliyeva (ad və soyad şərtidir) işıq üzünə həsrətdir, yemək və su ona sinidə aparılır. Kənd sakinlərinin verdiyi məlumata görə, qapının altından sinidə yeməyi götürən zavallı qadın iki ildir yeməyi bu formada qəbul edir.
Bildirilir ki, iki övladı olan qadın bir neçə il əvvəl ərini və uşaqlarını ataraq sevdiyi oğlana qoşularaq qaçıb. Həyat yoldaşı onu taparaq yenidən evinə, uşaqlarının yanına gətirib. Lakin bir müddət sonra həmin qadın başqa birinə qoşularaq evdən gedib. Bundan sonra onun həyat yoldaşı boşanaraq uşaqları da özü ilə Rusiyaya aparıb. Qadını isə atası Zakir sevgilisindən alaraq evə gətirib və tövləyə salıb. Qadın əzizlərinə bağışlanması üçün yalvarsa da, atası onun yaşamaq haqqı olmadığını deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?