Ağır yol qəzası Bakı-Rusiya yolunun 154-cü kilometrliyində baş verib
Yol Səhər saatlarında Qubada baş verən ağır yol qəzasında ölən sürücününü kimliyi məlum olub. Baş Dövlət Yol Polis İdarəsinin Quba rayon İstintaq şöbəsinin müstəntiqi Elşən Mürsəliyevin verdiyi məlumata görə, Dadaş Şeydayevin idarə etdiyi “MAN” markalı yük maşını ilə 1987-ci il təvəllüdlü Elnur Əzizovun idarə etdiyi “VAZ-2106” markalı maşın toqquşub. Nəticədə Elnur Əzizov hadisə yerində ölüb.
Elşən Mürsəliyevin sözlərinə görə, ilkin araşdırmalar zamanı qəzada hər iki sürücünün günahkar olduğu bildirilir. Araşdırmalar aparılır.
***10.55
Bu gün səhər saatlarında Bakı-Rusiya yolunun 154-cü kilometrliyində, Quba rayonu ərazısındə ağır qəza baş verib. Quba istiqamətinə hərəkət edən “VAZ-2106” markalı avtomobil ilə “MAN” markalı yük maşını toqquşub.
Qəza nəticəsində “VAZ-2106” markalı maşının sürücü hadisə yerində dünyasını dəyişib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?