Beyləqan, Füzuli və Ağcabədi sakinləri arasında əkin əkməkdən imtina edənlərin sayı artır. Belə ki, rayonda əkin sahələrinin suvarmada ciddi problemlər var. Modern.az-a müraciət edən hər üç bölgənin sakinləri suvarma üçün nəzərdə tutulan kanaldan yerli əhaliyə istifadə etməyə imkan yaradılmadığını deyirlər.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su Anbarları və Hidroqovşaqların istismarı üzrə sektor müdiri Əbdülrəhim Hacıyev bildirib ki, həmin kanalda təmir işləri getdiyindən suyun verilişində məhdudiyyətlər yaranıb. ASC rəsmisinin sözlərinə görə, haz;rda kanalın dağılan yerlərində təmir işləri aparılır.
“Dünya təcrübəsində su kanalları 6 ay işlədikdən sonra 6 ay təmirə dayanır. Ən çıxılmaz halda isə 9 ay götürülür. Odur ki, həmin kanal da təmirə dayanıb. Yəni kanalda qurğu, şlüz tikilir. Yuxarı Mil kanalına beton üzlük vurulur. Kanalda hansı hissələr dağılıbsa, orada betonlama işləri aparılır”.
Kalandakı təmir işlərinin noyabrın 25-ə kimi tamamlanacağını deyən sektor müdiri Beyləqan sakinlərinin su ilə təmin olunduğunu Ağcabədidə isə hələ ki problem olduğunu dedi. “Düzdür təmirlə bağlı Ağcabədidə problem yaranıb. Amma Beyləqanda isə əhali təsərrüfatlarını suvarmaq üçün su ilə təmin olunub”, – deyə Əbdülrəhim Hacıyev bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?