Görəsən dünya liderləri 20 yaşları olanda hansı işlərlə məşğul olurdular?
Hər birimiz daim 20 yaşında olmağın necə çətin olduğunu eşidirik: Mənasız işlər, öz müqqəddəratına şübhəylə yanaşmaq və pəhriz. Bəs nə vaxtsa düşünmüsünüz ki, görəsən dünya liderləri 20 yaşları olanda hansı işlərlə məşğul olurdular? Çox təəssüf ki, onlar hamı kimi ancaq televizor verilişləri izləyib, sosial şəbəkələrdə dost-tanışları ilə söhbətləşməyiblər. Ailem.az dünya liderlərinin 20 yaşlarında nə etdikləri haqqında maraqlı məlumatı təqdim edir.
1. ABŞ prezidenti Barako Obama 1983-cü ildə Kolumbiya Universitetini qurtardıqdan sonra Çikaqoya köçərək orada cinayətkarlıq və işsizliyin bürüdüyü məhəllələrdə yaşayış şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparan kilsə qrupunda işləməyə başlayıb. Obama Kolumbiya Universitetinə təyinat almazdan öncə iki ilini Occidental kollecdə keçirib. Onun həmin yaşlarında marixuana, kokain və içki istifadə etdiyi də bildirilir. Ancaq bu, 20 yaşından əvvəl olub.
2. Rusiya prezidenti Vladimir Putin
Putin Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Dövlət təhlükəsizlik agentliyində çalışmağa başlayıb.
3. Almaniyanın ilk qadın baş naziri və kansleri Angela Merkel Merkel 1974-cü ildə 20 yaşında olarkən təhsil aldığı Leypsiq universitetində həyat yoldaşı Ulriklə tanış olub. 1977-ci ildə evlənsələr də, ayrı yaşayıblar, çünki onlar bir yaşasaydılar, rejimin qanunlarına qarşı mübarizə aparmalı olacaqdılar. Dərəcəsini qazandıqdan sonra Merkel bufetçi kimi çalışdığı zamanlarda 100 kvadrat metrlik ayrı tualet və hamamları olan evdə həyat yoldaşıyla yaşayıb. Merkelin ilk evliliyi 1982-ci ildə bitib. 1998-ci ildə Berlindən kimya professsoru Coakim Saur ilə evlənib. Universitet vaxtlarında onun istifadə etdiyi içkilər vodka və albalı suyu imiş.
4. Suriya prezidenti Bəşər Əsəd Bəşər Əsəd 20 yaşlarını 1988-ci ildə bitirdiyi Dəməşq Universitetində tibb üzrə təhsil almaqla keçirib. Həkim olmaq üçün çalışan və oftomologiya üzrə rezedentura oxuyan Bəşər hərbi qospitalında çalışdığında siyasətə qoşulmağı heç düşünmürdü. Onun böyük qardaşı Bassel Suriyanın sabiq prezidenti Hafiz Əl Əsəddən sonra hökümətin başına keçən ikinci şəxs olmalı idi. Ancaq qardaşı Basselin avtomobiil qəzasında faciəli ölümündən sonra Bəşər atasını əvəz etməli olub.
5. İsrailin baş naziri Benjamin Netanyahu
Netanyahu 20 yaşından əvvəl İsrail ordusuna qoşulub. İsrail müdafiə qüvvələrində xidmət edib. 1972-ci ildə girov götürülmüş sərnişinin xilas edilməsi əməliyyatında iştirak edib. O, 20 yaşından sonrakı illərini Birləşmiş Ştatlarda arxitektura və biznesin idarəedilməsi üzrə təhsil alıb. 30 yaşına keçdikdə İsrailin xüsusi qüvvələrinə qoşulub və çoxsaylı komanda əməliyyatlarında iştirak edib. Bunlardan ən mühümü Suriyaya edilən basqına rəhbərlik etməsi olub. 6. Böyük Britaniyanın baş naziri David Kameron
Oksfordda Brasenose kollecini birinci dərəcəylə bitirdikdən sonrakı 5 il Mühafizəkar partiyasının axtarış şöbəsində işləyib. Mühafizəkar partiyasının xüsusi şöbəsində çalışarkən çox çalışan və qabiliyyətli əməliyyatçı olduğu üçün mükafatlandırılıb. Burda çalışdığı vaxt Bullinqdon nahar evinin nümayəndəsi olub. Bu nahar evi içkilərinə, pis davranışlara görə şöhrət qazanmışdı. Restoran nümayəndələri xuliqanlıq və məktəb şagirdlərinin otaqlarını korladıqları üçün bədnam adlandırılırdılar. Kameron bu haqda fikir söyləməkdən hər zaman qaçıb.
7. Şimali Koreyanın siyasi lideri Kim Yonq-un
Yonq-un həyatının ilk illəri, hətta anadan olduğu tarix (rəsmi olaraq 1982-ci il göstərilsə də) bir sirrə bürünüb. O Kim Sung hərbi məktəbinə daxil olub. Atası Kim Jong-ilin peşəsini davam etdirərək 30 yaşında polis orqanlarında sahə inspektoru kimi fəaliyyətə başlayıb. Atasının səhhəti pisləşdiyində Yonq 4 ulduzlu general kimi İşçilər partiyasının Mərkəzi hərbi kommisiyasının millət vəkili, Mərkəzi komitənin üzvü seçilib.
8. İran prezidenti Həsən Ruhani Tehran Universitetini məhkəmə hüququ üzrə bakalavr dərəcəsi ilə bitirib. Gənc yaşlarından ayətullah Xomeyninin ideyalarını dəstəkləyərək şah əleyhinə təbliğat aparmağa başlayıb. Buna görə şah hakimiyyəti tərəfindən dəfələrlə həbs olunub, ona ictimai yerlərdə çıxış etmək qadağan edilib. una görə təqiblərə məruz qalacağına görə ayətullah Məhəmməd Behiçtinin məsləhəti ilə ölkəni tərk edib, Parisə gedib. Ruhani Xomeyni ideyalarını dəstəklədiyinə görə 20 yaşlarında bir neçə dəfə həbs olunub. O, Şotlandiyada təhsil alıb. Onun fars, alman, ərəb, rus, fransız və ingilis dillərini sərbəst danışdığı da bildirilir.
9. Çin kommunist partiyasının baş katibi Xi Jinpinq
Kommunist partiyasının yaradıcılarından olan Xi Zonqxunun oğlu Xi Jinpinq yeniyetmə olanda ucqar kənd Liangjiahedə çalışıb. O, Beijinq Tsinqhua universitetində kimya mühəndisliyi üzrə təhsil alıb. Eyni zamanda marksizm nəzəriyyəsi və ideolji təhsil üzrə dərəcə qazanıb. 22 yaşına qədər Şanxi Provinsdə fermer kimi işləyib.
Sorğu
Yeni dizaynımız necədir?