Bakı şəhəri Dövlət Yol Polisi İdarəsi vətəndaşları diqqətli olmağa çağırıb
Azərbaycan Ölkədə yol hərəkəti təhlükəsizliyinin təmin olunması istiqamətində Xüsusi Dövlət Proqramı hazırlanması təklif edilib. ANS PRESS-in məlumatına görə, bu barədə Bakı şəhəri Dövlət Yol Polisi İdarəsi “Ümumdünya yol qəzaları qurbanlarının xatirə günü”nün qeyd olunması ilə əlaqədar keçirilən mətbuat konfransında bildirilib.
Tədbirdə qeyd edilib ki, son illər dünya ölkələrinin tətbiq etdiyi təcrübəyə uyğun olaraq Azərbaycanda da yol hərəkəti təhlükəsizliyinin təmin olunması istiqamətində Xüsusi Dövlət Proqramı hazırlansın və həyata keçirilməyə başlanılsın.
Bakı şəhəri Dövlət Yol Polisi İdarəsi vətəndaşları yol hərəkəti təhlükəsizliyinin təmin olunması istiqamətində diqqətli olmağa çağırıb:
"Yol hərəkəti təhlükəsizliyi ictimai təhlükəsizliyin əsas tərkib hissəsidir. Ona görə də onun təmin olunmasında hər kəs, cəmiyyətin hər bir üzvü iştirak etməlidir. Hər bir insanın bu vacib işdə əsas borcu yol hərəkəti iştirakçısı kimi öz vəzifələrinə riayət eetməkdir. Həmçinin hərəkət qaydalarını nə sürücü, nə piyada, nə də sərnişin qismində pozmamaq bütün vətəndaşların borcudur".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?