Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Dadaşov Emil Rafail oğlunun hüquqlarını müdafiə edən Vəkillər Kollegiyasının 1 saylı hüquq məsləhətxanasının vəkili Mustafayev Rafiq Həmid oğlu onunla görüşə gələrkən müəssisənin Nəzarət Buraxılış Məntəqəsində xidmət edən əməkdaşlar tərəfindən xəbərdar edilməsinə baxmayaraq, ona məxsus əl çantasından içərisində ”Sim” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Məlumata görə, E. Dadaşov Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 177.3.2; 181.2.2; 185.2.1; 228.4 və 326.2 maddələri ilə təqsirli bilinir, onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qərarı çıxarılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?