Fərhad və Rafiq Əliyevlər əfv olduqdan sonra onların görüşünə bir sıra məmurlar tələsdi. Zamanında Fərhad Əliyevin dəstəyi ilə vəzifəyə gələn o insanların bir çoxu son dövrə qədər sabiq nazirlə əlaqələrini kəssələr də, hakimiyyətin qardaşlara münasibəti loyallaşan kimi onlar da mövqelərində korrektələr etdilər.
, F.Əliyevi azad olunduğu üçün təbrik edənlərdən biri Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovdur.
Əli Abbasovun nazirlik dönəmində Sumqayıtda “əbədiləşən” A.Əsgərov həmçinin Sumqayıt Regional Təchizat İdarəsinin rəisi Xəndan Əhmədovun ilə qudadırlar.
Bu, həm də o A.Əsgərovdur ki, “Bayva”nın Əli Bayramlı şöbəsinin rəhbəri olarkən 22 rayonun enerji ilə təchiz olunmasına cavabdeh olub. Deyilənə görə, o, həmin postunda “Azərenerji” səhmdar cəmiyyətinin prezidenti Etibar Piriverdiyevlə yola getməyib. Hətta E.Piriverdiyev onu işdən çıxarmaq üçün uzun müddət fakt axarışına çıxıb. Nəhayət, o, Akif Əsgərovu işdən azad etmək üçün çox maraqlı gedişlərə əl atıb və onu işdən azad edə bilib. Belə ki, hazırda Sumqayıt Telekommunikasiya Qovşağının rəisi vəzifəsində işləyən A.Əsgərovun şöbədəki maxinasiyalarını elə öz işçilərindən biri vasitəsi ilə əldə edə bilib. “Azərenerji” prezidentinin A.Əsgərovu belə çətinliklə işdən azad etməsinin kökündə isə o zamankı iqtisadi inkişaf naziri Fərhad Əliyevin durduğu iddia olunur. Deyilənlərə inansaq, Akif Əsgərov Fərhad Əliyevin “komandası”nın inanılmış və sadiq üzvülərindən biri olub. Amma E.Piriverdiyevin A.Əsgərovu faktla işdən çıxarması qarşı tərəfi susmağa məcbur edib…
Bundan sonra bir qədər işsiz qalan Akif Əsgərovv sonradan Standartlaşma, Metrologiya və Patent Agentliyinin Sumqayıt şöbəsində müavin vəzifəsini tutub. Etibarlı mənbənin sözlərinə görə, onun bu vəzifəyə təyinatında da F.Əliyev önəmli rol oynayıb. Mənbə bildirir ki, qeyd olunan təyinat verilən zaman bu müvvəqqəti addım kimi dəyərləndirilib və ona bildirilib ki, qısa müddətdə onu hansısa önəmli vəzifə ilə təmin edəcəklər. Doğrudan da bir müddətdən sonra o, Sumqayıt Telefon Qovşağının rəisi vəzifəsinə gətirilir. Və bu gün hamının Fərhad Əliyevdən hər ehtimala qarşı qaçmasına rəğmən A.Əsgərovun jesti bu yaxşılıqları unutmadığından xəbər verir.
Maraqlıdır ki, onun işlədiyi yerlərdə həmişə işçilərlə kobud davranması bildirilir.
Mövzu ilə bağlı Akif Əsgərovun münasibətini öyrənmək cəhdlərimiz mobil telefonu həftə ərzində mesajda olduğundan alınmadı. Qəbul otağından isə zənglərimizə cavab verən xanım isə rəisin davamlı olaraq, məşğul olduğunu bildirdi
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?