BMT-nin xüsusi məruzəçisi Raşida Mancu ölkədə qadınlara qarşı zorakılıq məsələsini tədqiq etmək üçün 2013-cü il 25 noyabr – 5 dekabr tarixlərində Azərbaycana səfər edəcək. Bu, dünyada BMT İnsan Hüquqları Şurası tərəfindən təyin edilmiş müstəqil ekspertin qadınlara qarşı zorakılıq hallarını müşahidə etməklə hesabat vermək məqsədilə Azərbaycana etdiyi birinci səfəridir.
“Qadınlara qarşı zorakılıq bütün dünyada insan hüquqlarının ən çox yayılmış pozulması hallarından biridir və bu qadınların əsas hüquq və azadlıqlarından tam şəkildə yararlanmasına ciddi maneçilik törədir,” xanım Mançu deyib .
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisind'n Modern.az-a bildirilib ki, Raşida Mancunun missiyası Azərbaycanda mövcud olan vəziyyətin qiymətləndirilməsi məqsədilə qadınlara qarşı zorakılığa qarşı mübarizədə iştirak edən milli maraqlı tərəflərlə görüşlər keçirəcək.
Xüsusi məruzəçi ailədə, icmada, dövlət strukturlarında və transmilli sferadakı əsas təzahürləri araşdıraraq, eləcə də səbəb və nəticələri vurğulayaraq, Azərbaycanda baş verən insidentlərə səbəb olan bütün müvafiq məsələləri nəzərə almaqla qadınlara qarşı zorakılıq məsələsinə geniş spektrdən yanaşacaq.
On gün davam edəcək səfər müddətində xanım Mancu Bakı, Xaçmaz, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində hökumət nümayəndələri ilə görüşəcək. O, həmçinin vətəndaş cəmiyyəti və xidmət təminatçılarının təmsilçiləri ilə də bir araya gələcək.
“Mən xüsusilə, gender əsaslı zorakılığın ayrı-ayrı qurbanları ilə üzbəüz görüşmək üçün sığınacaqlara və qadın həbsxanasına baş çəkəcəyəm” - xanım Mancu deyib.
Cümə axşamı 5 dekabr tarixindəxüsusi məruzəçi səfərin ilkin nəticələrinini ictimaiyyətə açıqlamaq üçün mətbuat konfransı keçirəcək.
Xanım Mancu İnsan Hüquqları Şurasının qarşıdan gələn sessiyasına missiya zamanı əldə ediləcək məlumatlar əsasında yekun nəticələr və tövsiyələrdən ibarət hesabat təqdim edəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?