“3 adam” verilişində qonaq olan türkiyəli sənətçi Hülya Avşar canlı yayım qəzası yaşayıb. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni mahnı söyləyərkən ətəyinin “zamok”u partlayıb. Buna baxmayaraq o, ətəyini əli ilə tutaraq oxumağa davam edib. Mahnı qurtardıqdan sonra aparıcı Oğuzhan Koç ətəyi tikməyə çalışsa da cəhdi alınmayıb. Hülya Avşar özü ətəyini tikib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?