GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda qarşısı alınmaz “müəllim üsyanı”...

Azərbaycanda qarşısı alınmaz “müəllim üsyanı”...

Tarix: 25-11-2013, 14:58 Bölmə :Ölkə Baxış: 665
Azərbaycanda qarşısı alınmaz “müəllim üsyanı”...

Ölkə boyunca təhsil işçiləri nazirə qarşı birləşib; seçki saxtakarlığında iştiraka görə ənam gözləyən müəllimlərin nə maaşı artırılır, nə də fond pulu yığmağa imkan verilir


Azərbaycan müəllimi seçki saxtakarlığında iştirakına görə alacağı mükafatdan məhrum edilib. Təhsil naziri Mikayıl Cabbarov respublikada "müəllim üsyanı” yetişdirir. Onlara çatacaq "seçki mükafatı” kəsilib, əmək haqlarının artırılması gözlənilmir, məktəblərdə fond pulu, bayram pulu, 8 mart və s. bu kimi xərac yığımları ləğv olunub, orta hesabla 100 mindən çox müəllim maliyyə böhranı içinə girib.
Süpürgə pulu və "seçki şabaşı”
Təhsil nazirinin gətirdiyi yeni qaydalar, süpürgə pulundan tutmuş ən adi məişət ehtiyaclarına qədər toplanan vəsaitlərin yığımına qadağa qoyulması müəllim korpusunu qəzəbləndirib. Üstəlik, onlara vəd edilən seçkidən sonrakı şabaş və pul mükafatı, o cümlədən maaş artımı planları təxirə salınıb. Ölkənin bir çox məktəblərində kütləvi narazılıq baş qaldırıb və direktorlar çətin vəziyyətə salınıb. M.Cabbarovun yeni təhsil sistemi ənənəvi reysdən çıxdığına görə müəllimlər Misir Mərdanova şükür etməyə başlayıblar. Hətta ölkə boyunca total şəkildə müəllim tətilləri başlanacağı da istisna deyil. Hər halda gedişat, müəllimlərin aşkar narazılıq etməsi, nazirin maaş barədə qeyri-müəyyən vədi bunu deməyə əsas verir.
Başqa bir tərəfdən isə M.Cabbarov "müəllim qiyamı” olacağından xəbərdarıq və proqnozlar göstərir ki, nazir özünü əvvəlcədən hazırlayıb. Onun arqumentləri bunlarıdır; aşağı səviyyədə rüşvəti yığışdırması, valideynlərin cibinə girən müəllimlərin bu imtiyazlarını əllərindən alması, direktorları süpürgə pulu yığımına son qoyması təhsil sahəsində irəliləyişdir.
Lakin nazirin bu addımı ciddi şəkildə qəzəb doğurub və müəllimlərin bir hissəsi məktəb daxilində direktorlara qarşı çıxış etməyə başlayıblar. Həmçinin, rayon təhsil şöbələrində də bir gərginlik hökm sürür. Seçki saxtakarlıqlarında canfəşanlıq nümayiş etdirən, hakimiyyətin səs oğurluğunda iştirak edən, iqtidara hər 5 ildən bir əl uzadan müəllimlərin "saray” qiyamı nə ilə nəticələnəcək bəlli deyil. Onlar göstərdiyi xidmətə görə haqq tələb edirlər.
Korrupsiya olar, rüşvət yox?
Bütün bu yuxarıda qeyd etdiyimiz xronoloji və səhih xəbərləri ötürən təhsil analitiki "Yeni Cümhuriyyət”ə bildirdi ki, M.Cabbarov gözləmədiyi bir vəziyyətlə qarşılaşa bilər və bu, fəlakətlə nəticələnər. "Müəllimləri aldatdılar. Onlara hökumət səviyyəsində atdılar. bütün təhsil işçiləri güman edirdi ki, maaşlar qaldırılacaq, seçkidən sonra fond pulu və bu kimi rüşvətlər yenidən bərpa olunacaq. Ancaq deyilənlərin tərsi baş verdi. Nazir ən yuxarı təbəqədə korrupsioner fəaliyyətini davam etdirir, müavinlər və şöbə müdirləri aylıq "paket” alır, direktorlar "qaz vurub, qazan doldurur”, amma sıravi müəllimlərin "ağzı ətə çatmayıb”. Ona görə də nazirdən ciddi narazılıq var. Müəllimlər Mikayıl Cabbarovu qəbul etmirlər.
Hətta onu lənətləyənlər, istefasını arzulayanlar belə var. Müəllimlər arasında gəzən söz-söhbətə görə, onların fond pulundan məhrum edilməsi, maaş artımının olmaması açıq şəkildə fırıldaqçılıqdır. Bəzi müəllimlər danışırlar ki, seçki günü məntəqələrdə "karusel” əməliyyatı və s. saxtakarlıqlarda iştirak edib, iqtidara köməklik göstəriblər. Ancaq bunun əvəzində "bəxşiş” ala bilmirlər ,”- deyə təhsil eksperti qeyd edir.
Şərhçinin sözlərinə görə, məsələ Prezident Administrasiyasında müzakirə olunub. Müəllimlərin dolanışıq məsələsinə toxunulub. İclasda nazir iştirak edib və öz arqumentlərini irəli sürüb. Onun təhsilə xidmət etdiyi, bu qadağaların xeyirli addım olduğu deyilib. Qərara alınıb ki, M.Cabbarova şərait yaradılsın, ona imkan verilsin və müəllimlərin əmək haqları artırılmasın. Belə hesab olunub ki, onsuzda işdən xaric olunmaq qorxusu ilə yaşayan müəllimlər etiraza qalxa bilməyəcəklər.
Nazir açıq danışdı
Nazir özü də rəsmi şəkildə bu məsələyə aydınlıq gətirib. "Azərbaycanda müəllimlərin peşəkar keyfiyyətləri və iş təcrübələrinə görə müəyyən amillər tətbiq edilməlidir”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Şurasının ümumi yığıncağında çıxışında deyib. Nazir bildirib ki, bu gün bəzi məktəblərdə müəllim sıxlığı yüksəkdir, bəzilərində isə müəllim çatışmır. Onun sözlərinə görə, kifayət qədər sadə optimallaşdırma tədbirlərini həyata keçirməklə müəyyən məsələlərin həllinə nail olmaq olar.
M.Cabbarov qeyd edib ki, Azərbaycan məktəb sistemində fəaliyyət göstərən 170 minə yaxın müəllim ordusunun təxminən 4 faizi 1-5 saat dərs yükünə malikdir: "Bu kimi məsələlər və məhdudiyyətlər bizə imkan verir ki, optimallaşdırmanı tez bir zamanda həyata keçirə bilək. Hazırda da ümumi təhsil sistemində müəllimlərin əmək haqlarının artırılması və optimallaşdırma istiqamətində müəyyən işlər aparılır”.
Nazir qeyd edib ki, ölkədə şəxsiyyətyönümlü təhsil yalnız dərsliyin və onun içində yazılanın dəyişdirilməsi ilə kifayətlənmir. Onun sözlərinə görə, bu təhsil verənlə, təhsil alan arasında ünsiyyətin təbiətinin də dəyişilməsini tələb edir: "İllərlə, on illərlə vərdiş olunmuş işə yanaşmaların yenidən baxılması və yeni məzmunun məqsədindən necə istifadə etmək əsasdır. Təhsil sistemində mövcud olan müəllim ordusu, ali məktəblərdə, orta ixtisas təhsildə yeni məzmunun, məqsədlərin nədən ibarət olduğunu çatdıra bilirikmi və bu gündəlik fəaliyyətdə nə kimi məsələlər tələb edirikmi? Bu kimi suallara cavab tapılmalıdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mikayıl Cabbarov müəllimlərin maaşlarının artırılmasından danışdı

    Mikayıl Cabbarov müəllimlərin maaşlarının ...

    22-11-2013, 15:05

  • 
  • Direktorlara fond pulu əvəzinə avans verilir

    Direktorlara fond pulu əvəzinə avans verilir ...

    13-12-2013, 10:38

  • 
  • Direktorlara fond pulu əvəzinə avans verilir

    Direktorlara fond pulu əvəzinə avans verilir ...

    13-12-2013, 10:38

  • 
  • Məktəb direktorlarının yeni “pul yığımı” üsulu

    Məktəb direktorlarının yeni “pul yığımı” üsulu ...

    8-11-2013, 12:14

  • 
  • Müəllim və həkimlərin maaşı artacaq

    Müəllim və həkimlərin maaşı artacaq ...

    7-01-2015, 00:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (530)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu