Noyabrın 24-də Bakıda yerləşən cəzaçəkmə müəssisəsində məhbus ölüb. Nizami rayonu ərazisində yerləşən 15 saylı cəzaçəkmə müəssisəsinə saxlanılan Saatlı rayon sakini, 1965-ci il təvəllüdlü Həsənov Əli Şükür oğlu qəfil ölüb.
Ə.Həsənovun vəziyyəti müəssisənin görüş otağında yaxınları ilə birlikdə olarkən qəfil pisləşib. Ona tibbi yardım göstərmək mümkün olmayıb. 48 yaşlı məhbusun keçindiyi müəyyən edilib.
Qeyd edək ki, Ə.Həsənov İranla Azərbaycan arasında narkotik vasitə qaçaqmalçılığı ilə məşğul olan dəstənin tərkibində 2006-cı ildə Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən yaxalanıb. Ona Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.3 və 28, 206.4-cü maddələri ilə ittiham irəli sürülüb və 2007-ci ildə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Məhbusun ölümü ilə bağlı araşdırmalar aparılır. Ə.Həsənovun daha əvvəl infarkt keçirdiyi bildirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?