Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri vəzifəsindən çıxarılan Zəminə Əliqızının baş redaktoru olduğu “Bakı təhsili” qəzeti bağlanıb. Modern.az saytının məlumatına görə, artıq qəzetin kollektivi də dağılıb.
“Bakı təhsili” qəzetinin bağlanmasını Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də təsdiqləyiblər, amma onun yenidən çıxıb-çıxmayacağı barədə məlumat verilməyib.
Bu arada məlum olub ki, “Bakı təhsili” qəzetinin bağlanması ilə əlaqədar Bakıdakı orta məktəblərdə çalışan müəllimlərdən aylıq abunə pulunun məcburi yığılması da dayanıb.
Xatırladaq ki, fəaliyyəti dayanan “Bakı təhsili” qəzetinin baş redaktoru Zəminə Əliqızı oktyabrın 25-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsi aparatında baş məsləhətçi vəzifəsində çalışır. Zəminə Əliqızı vəzifəsi dəyişəndən sonra verdiyi açıqlamada "Bakı təhsili" qəzetinin təsisçisinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi deyil, şəxsən özü olduğunu bildirmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?