Xüsusi xidmət orqanları ekstremist qüvvələrin şəxsiyyətini araşdırır
Cümə günü ANS telekanalında yayımlanan “Adam içində” verilişinin dini xurafatla bağlı sayında psixoterapevt Elmir Əkbər canlı yayımda dini fanatizmi tənqid edib.
Xüsusən, psixoterapevt vəhhabi qruplaşmalarının adını çəkərək bu fəalları terrorizm və insan beynlərinin zombiləşdirilməsində günahlandırıb, din fanatlarının fəaliyyətini kəskin tənqid atəşinə tutub.
Virtualaz.org Showlife.Az-a istinadən xəbər verir ki, verilişdən təxminən bir saat sonra psixoterapevt Elmir Əkbər şəhərdə radikal din fanatları tərəfindən basqıya məruz qalaraq, təhdid olunub. Daha sonra telefonuna zəng olunaraq bir daha ölümlə hədələib.
Məlumata görə, Elmir Əkbər artıq xüsusi xidmət orqanlarına müraciət edib. Küçədə olan nəzarət kameralarının qeydə aldığı görüntülər və telefon danışığının səs yazısı əldə edilərək ekstremist qüvvələrin şəxsiyyəti araşdırılır.
Sorğu
Yeni dizaynımız necədir?