Rayon sakinləri Polis idarəsinin rəisi və müavininin qanunsuz əməllərinə etiraz edirlər
Quba rayon Polis idarəsindən şikayət daxil olub. rayon Polis idarəsinin rəis müavinin əlindən boğaza yığılan rayon əhalisi Prezidentdən kömək istəyirlər. Redadaksiyamıza müraciət edən bir qurup rayon sakinləri rayon Polis şöbəsinin rəis müavini Hidayət müəllimin zülmüdən rayonda yaşaya bilmədiklərini bildirir və onun özbaşınalıqlarının qarçısını alanın olmadığıdan şikayətçidirlər. Verilən məlumatda bildirilir ki, Quba rayon ərazisində ev tikmək istəyən hər bir vətəndaş məcburi surətdə Hidayətin "saqqalının" altından keçməlidir əks halda rayon Polis idarəsinin rəisinin qəbuluna aparılaraq dərisini boğazından çıxarırlar. Rayonda yaşayan şikayətçilərin etrazı əsasən ev tikmək üçün rayon İcra hakimiyyətindən sərəncam almaqlarına baxmayaraq Polis rəisinin və müavini Hidayətin bu sərəncamı qanunsuz hesab etmələridir. İcra Hakimiyyətinin verdiyi sərəncamı qanunsuz hesab edən rəis və müavini ev tikmək üçün ilk növbədə Polis şöbəsinin icazəsinin olmasını bildirir. Yerli sakinlər bildirir ki, ev tikmək üçün bütün adiyyatlı qurumlardan icazələri olsada rayon Polis rəisi müavininin əli ilə buna icazə vermir. Əldə etdiyimiz bilgilərə görə rəis müavini ev tikmək istəyən hər bir vətəndaşdan əraziyə görə rüşvət istəyir. Və bu yolla varlanmaq fikrindədir. Daxil olan məlumatda bildirilir ki, Quba şəhərində ev tikmək istəyən hər bir şəxs tanışlıq vasitəsilə 1.000 manat, tanış olmadığı təqdirdə isə 3.000 manat verməklə ev tikmək istəyin həyata keçirə bilər. Əgər Hidayətin stolunun üstünə deyilən rəqəm qoyulmasa həmin şəxslər şərlənərək deyilən məbləğin üstünə bir o qədər də qoyub canını Polis idarəsindən güclə qurtarır. Verilən digər məlumatda isə bildirilir ki, Polis idarəsi rüşvət alüdəçiləri rayonun kənlərində də ev tikmək istəyənlərə əməlli başlı "tas" qoyublar. Beləki, kəndlərdə ev tikmək istəyən sakinlər bir mərtəbə tikmək üçün 500 manat iki mərtəbə tikənlər isə 100 manat Hidayət müəllimə "töycü" verməlidir ki, bundan sonra ev tikmək üçün işələr öz qüvvəsinə minsin. Yerli sakininlərin müraciyətində Polis idarəsinin rəisi və müavinin bu qanunsuz əməllərinə son qoyulmasa Quba rayonunda ikinci dəfə qarşısı alınmaz inqilab olacağını bildirirlər... Quba sakinlərinin son təlbi isə Polis rəisi və müavini rayondan qısa zamanda üzaqlaşdırılmasıdır. Çünki insanların şərlənib həbs edilməsi, polisdə rüşvətin ayaq açıb yeriməsi, ədalətsizlik və hörmətsizlik idarəçiliyin məngənəsində çırpınan sakinlər "rədd olsun rüşvətxor polislər" şüarları ilə küçələrə çıxacaqlarını israrla bildirirlər. Mövzuya qayıdacağıq. Bizi izləyin. Qarşı tərəfin də mövqeyin dinləməyə hazırıq
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?