Bəşəriyyət üçün böyük bəlaya çevrilən xəstəlik xərçəng kimi müalicə oluna bilər
Sağlamlıq İngilis alimləri QİÇS xəstəliyinin müalicəsində əhəmiyyətli addım atıb. İngiltərənin 5 nüfuzlu universitetin alimləri bəşəriyyət üçün böyük bəlaya çevrilən sözügedən xəstəliyin xərçəng xəstələrinkində olduğu kimi müalicə olunmasının mümkün olduğunu bildrib.
Belə ki, alimlər QİÇS xəstələrə kimyəvi terapiyanın tətbiqini məsləhət bilib. Bu usulda məqsəd hüceyrələri həssas vəziyyətə gətirib, sonra QİÇS viruslarına qarşı peyvənd iynələrin vurulur.
Con Frater adlı alimin fikrincə QİÇS viruslarını "oyanıq" vəziyyətə gətirib onları "hədəf"ə almağın mümkün olacağına diqqət çəkib.
Qeyd edək ki, indiyə kimi tətbiq olunan müalicə üsulları yalnız QİÇS xəstəliyinin inkişaf etməsinin qarşısını almağa yetərli olub. İngilis alimlər isə yeni usulla bu xəstəliyə qalib gəlməyin mümkün olduğunu bildirirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?