ABŞ-ın "Entertainment Weekly" jurnalı Sandra Ballakı 2013-cü ildə şou-biznesin ən gözəl nümayəndəsi seçib
Mədəniyyət Hollivudun məşhur aktrisalarından biri olan Sandra Ballak ilin ən gözəl qadını seçildi. Rusiya mətbuatına istinadən məlumata görə, "Entertainment Weekly" jurnalı 49 yaşlı aktrisanı bu il şou-biznesin ən gözəl qadını seçib. Ballakın şəkli jurnalın üz qabığını bəzəyib.
Şəkildə aktrisa makiyaj və geyiminə görə yunan kraliçalarını xatırladıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?