24 yaşlı oğlan müxtəlif dərəcəli bədən xəsarətləri alıb
Kriminal Ötən keçən gecə Bakı şəhərinin Səbail rayonu ərazisində xuliqanlıq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Beyləqan sakini, Rəşid Behbudov küçəsindəki evdə kirayə yaşayan 1989-cu il təvəllüdlü Tunar İbrahimov şikayət ərizəsi ilə 9-cu polis bölməsinə müraciət edib. 24 yaşlı T.İbrahimov bildirib ki, saat 04:00 radələrində Şeyx Şamil küçəsində yerləşən “Face” gecə klubunda Nicat adlı şəxs onu döyüb. 24 yaşlı oğlan Nicatın ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyini deyib.
İlkin araşdırmalar nəticəsində hər iki şəxsin cinsi azlıq nümayəndəsi olması və gecə klubunda dalaşması müəyyən edilib.
Sorğu
Yeni dizaynımız necədir?