Ucar Rayon Polis Şöbəsinin rəisi Tahir Quliyev və digərləri barədə araşdırma başlayıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Hüquq və Azadlıqların Müdafiəsi İnstitutundan daxil olan məlumatda bildirilir.
Təşkilatdan verilən məlumatda qeyd olunur ki, araşdırma polis rəisinin göstərişi ilə saqqalı qırxılan Göyçay rayon Çərəcə kənd sakini Urfan Bədirovun şikayəti əsasında başlanıb.
Xatırladaq ki, U.Bədirov 18 noyabr 2012-ci il tarixdə günorta saatlarında Bakıya getmək üçün Göyçaydan çıxmış, Ucar şəhərində polislər tərəfindən saxlanaraq, polis şöbəsinə aparılmışdı. Polis şöbəsinin rəisi Tahir Quliyev Bədirova Ucardan saqqalla keçməyə icazə verməyəciyini bildirmiş, ona saqqalını qırxmağı əmr etmiş, əks təqdirdə onu 15 sutka həbs etdirəcəyi ilə hədələmişdi.
Urfan Bədirov saqqalını qırxdırmaqdan imtina etdikdən sonra onu zorla bərbərxanaya apararaq, saqqalını qırxdırmış və yola salmışdılar. Bədirov üzləşdiyi özbaşınalıq barədə dərhal DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Bundan sonra ona Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu hüquqi xidmət göstərmiş və müxtəlif orqanlara, o cümlədən Ucar Rayon Prokurorluğuna şikayət edilib.
Verilmiş şikayətlə əlaqədar Ucar Rayon Prokurorluğunda araşdırmaya başlanıb.
Sorğu
Yeni dizaynımız necədir?