Rusiyanın tanınmış “Pravda” nəşri “soyuq müharibə” illərində Azərbaycanda baş vermiş maraqlı bir hadisə haqda məlumat verilib. Qəzetin bugünkü sayında verilən xəbərə görə, 1973-cü il noyabrın 28-də Azərbaycanın Muğan çölü səmasında sovet MiQ-21SM təyyarəsi ilə İrana məxsus “RF-4C Phantom2” təyyarəsi arasında döyüş baş verib. Şah İranına məxsus qırıcı SSRİ-nin hava sərhədini pozaraq kəşfiyyat uçuşu aparıb. Təbrizdəki hərbi aerodromdan Azərbaycana soxulmuş təyyarə ilə sovet ordusunun kapitanı Gennadi Yeliseyevin idarə etdiyi qırıcı arasında döyüş başlayıb.
“Pravda” qeyd edir ki, həmin dövrdə ABŞ Sovet İttifaqının cənub sərhədlərində İranla “Project Dark Gene” adlı birgə kəşfiyyat proqramı gerçəkləşdirirmiş. Vazianidəki (Gürcüstan) hərbi aerodromdan havaya qalxmış sovet qırıcısı İran təyyarəsinə doğru raket atəşi açıb, sonra təyyarə topundan atəş açılıb. Gennadi Yeliseyevin idarə etdiyi qırıcı daha sonra tarana gedərək “Fantom”un göyərtəsinə zərbə endirib. Con Sanders və Məhəmməd Şokuniyanın idarə etdikləri İran təyyarəsinin heyəti paraşütlə sovet ərazisinə enməli olub.
Sərhədçilərin yaxaladığı rəqib təyyarəçiləri 16 gün sonra təsadüfən İran ərazisinə enmiş kəşfiyyat peykiylə dəyişiblər. Kapitan Yeliseyevə isə Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?