Milli Məclis avtoxuliqanlara qarşı qaydaları sərtləşdirən qanuna dəyişiliyi təsdiq etdi. Milli Məclisin bu gün keçirilən iclaslnda İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərin müzakirəsi zamanı bildirilib ki, Məcəllənin 155.2-1-ci və 155.2-2-ci maddələrinə edilən əlavəyə əsasən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə -beş yüz manat miqdarında cərimə ediləcək.
155.2-2-ci maddəyə əsasən isə nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə-min manat miqdarında cərimə ediləcək.
155.7-ci maddədə səksən manatdan yüz manatadək cərimə həddi beş yüz manatdan səkkiz yüz manatadək qaldırılacaq. 296-1.1-ci maddədəsinə əsasən isə nəzərdə tutulan cərimənin həddi beş yüz manatdan yeddi yüz əlli manatadək qaldırılacaq. 296-1.2-ci maddəsində isə cərimələr yeddi yüz əli manatdan min manatadək olacaq.
Məcəlləyə edilən dəyişikliyin əhəmiyyəti haqda danışan parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu dəyişikliklər mövcud problemlərin aradan qaldırılmasına və bu cür xətalara qarşı hüquq-mühafizə orqanlarını görə biləcyi tədbiləri daha da təsirli edə bilər. Müzakirələrdən sonra məcəlləyə əlavələr qəbul edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?