Zorakılıq hadisəsinin qurbanı isə aldığı xəsarətdən hələ də xəstəxanadadır
Hindistanda 23 yaşlı tələbənin avtobusda dəstə tərəfindən zorlanması, ölkədə minlərlə insanın etirazına səbəb olub. Əvvəlki günlərdə etirazçıların təşkil etdiyi aksiyalar nisbətən dinc keçirdisə, dünən Yeni Delhidə başlayan nümayiş qısa vaxt ərzində zorakı iğtişaşlara çevrilib. Gərginlik yüzlərlə insanın prezident sarayına yürüşündən sonra başlayıb. Hiddətlənmiş etirazçılar, polis barikadasını aşmağa çalışanda asayiş keşikçiləri gəncləri taxta dəyənəklərlə qovmağa çalışıb. Etirazçılar cavab olaraq polisi daş atəşinə tutub.
Etirazçıların hökümətdən əsas tələbi, dekabr 11-də avtobusda 23 yaşlı tələbə qızı zorlamış 6 dəstə üzvünə ölüm cəzasının verilməsi olub. Cinayətkarlar polis tərəfindən saxlanılsa da, dövlət ittihamçıları, onlara qarşı ömürlük həbs cəzasına nail olmağa çalışır.
Böyük etiraz dalğasına səbəb olmuş zorakılıq hadisəsinin qurbanı isə aldığı xəsarətdən hələ də xəstəxanadadır. Bununla belə, yerli dövlət xəstəxanasının sözçüsü hücum qurbanının artıq süni tənəffüs aparatından ayrıldığını və sağalmağa başladığını açıqlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?