Bu gecə Şəmkirdə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. VAZ markalı avtomobil yol kənarında dayanan yük avtomobilinin iki sərnişini vuraraq hadisə yerindən qaçıb.
Hadisə Şəmkir rayonu ərazisində su anbarı yolu adlanan yolda baş verib. Belə ki, rayonun Nərimanlı kənd sakinləri Adil Qasımov, Ruslan Qasımov və Yolçu Mustafayev Zil markalı yük maşını ilə Seyfəli kəndinə ot presləri gətiriblər. Yem məhsulunu satıb qayıdan Nərimanlı kənd sakinləri yolda yük maşınında yaranan texniki problemi aradan qaldırmaq üçün dayanıblar.
Bu zaman Seyfəli kəndi istiqamətindən yüksək sürətlə gələn VAZ 2106 yol kənarında dayanan , Ruslan Qasımovu və Yolçu Mustafayevi vurub. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
Hadisəni belə xatırlayan ZİL-in sürücüsü Adil Qasımov onun sərnişinlərini vuraraq qaçan avtomobilin dövlət nömrə nişanını gördüyünü bildirib.
Baş vermiş yol qəza hadisəsilə bağlı Şəmkir polisinə zərəçəkmişlər tərəfindən məlumat verilib. Faktla bağlı araşdırmalar aparılır (Trend).
Sorğu
Yeni dizaynımız necədir?