Milli Məclisin İqtisadi Siyasət Komitəsinin iclasında yanacağın qiymətinin artırılması ilə bağlı məsələ müzakirə olunub. Komitənin üzvü, millət vəkili Vahid Əhmədov bildirib ki, büdcəni cəmi 1 aydır ki, müzakirə etmişik:
“Əgər qiymət artımı var idisə, bunu açıq deyərdilər. Biz İqtisadi Siyasət Komitəsinin üzvləriyik. Bunu bilməliydik. Büdcə müzakirələrində Maliyyə naziri dedi ki, qiymət artımı nəzərdə tutulmayıb. Birdən-birə benzinin qiymətinin 30-33 faiz qalxması nə deməkdir? Artıq bazarlarda 20-30 faiz qiymət qalxıb. Biz ən azından birinci yarım ili gözləməliydik ki, dünya bazarında neftin qiyməti necə dəyişir. Əhali ilə görüşən bizik, onlar narazılıqlarını bizə bildirirlər. Niyə bunlar bizimlə oynayırlar? Belə çıxır ki, millət vəkillərinin dedikləri qəbul etdiyi qərarlar heç kimə lazım deyil. İnsanlar çox narazıdır. Bu ölkədə hər şeyə gətirib çıxara bilər.”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?