Həftə sonu əyləncə məkanlarına, gecə klublarına getmək üçün ən münasib zaman hesab edilsə də, bunun əksini söyləyənlər də var.
Kiminlə qarşılaşmaq üçün hansı gün hara getmək lazım olduğunun da az əhəmiyyəti yoxdur.
Türkiyənin gecə həyatı barədə yazıları ilə tanınan yazar Hazal Yılmazın sözlərinə görə, gecə həyatına maraq göstərənlər əsasən bazar-cümə axşamını seçir.
Həftə sonunu isə evlərində dincəlirlər: “Onlar getdikləri məkanları ən yaxın 3 dostlarından başqa heç kəsə xəbər verməzlər. Kimsə onlardan əyləncə barədə soruşanda sadəcə “gözəl parti idi” deməklə kifayətlənərlər”.
Cümə axşamını əyləncəyə sərf edənlərin proqramına gəlincə, bu elə də uzun olmur- yemək, bar və ən gec saat 1-də evdə olmaq. Məsələn, məşhur Lucca gecə klubunun illərdir ki, birinci yerdə olmasının sirri də bundadır.
“Trendsetter” jurnalının yayım direktou Didem Özgenin sözlərinə görə, şənbələr əsasən başqasının xatirinə əylənməyə gedənlər gecə klublarını seçir: Cümə axşamları isə həqiqətən əylənmək istəyənlərin seçdiyi gündür”.
Sorğu
Yeni dizaynımız necədir?