“Xəzər adaları” layihəsinin müəllifi, tanınmış iş adamı Hacı İbrahim İbrahimovun (Nehrəmli) “Xəzər adaları” layihəsinin Paşayevlərə məxsus olması ilə bağlı mətbuatda yayılan fikirlərə aydınlıq gətirib. O, İnterAz-a müsahibəsində sözügedən məlumatın doğru olmadığını bidlirib:
“Mən sizi açıq deyim ki, bu cür fikirlər söyləyən adamlar çox olacaq. İndi bir adam bir adamla dost ola bilər. Amma onların gördüyü işləri bir-birinin adını yazmaq olmaz. Bu layihənin Paşayevlərə heç bir aidiyyəti yoxdur. Əslində, mən 3 ildir bu layihənin icrasına başlamışam, ancaq bir dəfə də Paşayevlər burda olmayıb. Necə olur ki, 3 il bir adamın layihəsinə tikəsən, amma bu 3 ildə bir dəfə də bura gəlməyə, layihəsini görməyə? Heç belə şey olar? Mən Arif Paşayevlə həyatda dostam, o, bizim ağsaqqalımızdır. Arif müəllim hamının, o cümlədən mənim dostumdur, hamının da ona böyük hörməti var. O çox ziyalı insan, ağıllı adamdır, görkəmli şəxsiyyətdir. Biz hamımız onu sevirik, ona hörmət bəsləyirik. Dost kimi Arif müəllim bu layihəyə xeyr-duasını da verib. Ümumiyyətlə, Arif müəllim hamıya xeyr-dua verən adamdır. O, heç kəsə pislik arzu etməz, əksinə hamıya yaxşılıq edər. Amma bir daha təkrar edirəm, “Xəzər adaları” mənim şəxsi layihəmdir, bura şəxsi pulumu qoymuşam və hələ də kreditdən istifadə etməmişəm.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?