Bakının Nizami rayonu әrazisindә yerlәşәn Ədliyyə Nazirliyi Penitensiar Xidmәtinin Müalicә Müәssisәsində yanğın baş verib. Hadisə yerinə xeyli sayda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadası vә xilasetmә qüvvәlәri cәlb edilib.
9:53
Ədliyyə Nazirliyi Penitensiar xidməti Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda baş vermiş yanğın barədə məlumat yayıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dekabrın 11-i saat 03.40 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda yanğın baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə müvafiq məlumat verilib, Penitensiar xidmətin şəxsi heyətinə həyəcan verilərək hazırlıq vəziyyətinə gətirilib, lazımi qüvvələr yanğın yerinə cəlb olunub. Yanğın baş verən korpusda olan məhkumların təhlükəsiz yerlərə köçürülməsi təcili olaraq təmin olunub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri operativ olaraq hadisə yerinə gəlib, əməliyyatın həyata keçirilməsinə çətinlik yaradan amillərə baxmayaraq yanğın nəzarət altına alınıb, 06:13 radələrində yanğının söndürülməsinə nail olunub.
Hadisə vaxtı xəsarət alan olmayıb.
Hadisənin səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır (APA).
Sorğu
Yeni dizaynımız necədir?