Bu barədə lent.az-a Milli Şuranın üzvü Seymur Həzi məlumat verib.
O deyib ki, mitinq dekabrın 15-də saat 14:00-dan 16:00-a qədər keçiriləcək. S.Həzinin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti mitinqin vaxtını 2 saat geri çəkib.
Qeyd edək ki, Milli Şura üzvləri BŞİH-ə göndərdikləri məktubda dekabrın 15-də saat 16:00-dan 18:00-a qədər mitinq keçirmək istədiklərini bildirmişdilər. BŞİH isə bu saatı məqbul saymayaraq, mitinqin vaxtını saat 14:00-a çəkib.
Sorğu
Yeni dizaynımız necədir?