Təhsil Nazirliyi Azərbaycanın orta məktəblərində illik dərs müddətinin hansı formada artırılmasına və bunun hansı tətil müddətinin azalmasına səbəb olacağına aydınlıq gətirib. Nazirlikdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumtəhsil məktəblərində tədris həftələrinin artırılması yay tətilinin azalmasına səbəb ola bilər. Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində həyata keçiriləcək islahatların əsas prioritetləri açıqlanıb. Prioritetlərdə gələn ildən orta məktəblərdə illik dərs müddətinin 2 - 3 həftə artırılacağı qeyd olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?